Banan yüklü "Lady Rosemary" gəmisi dalğaqırana çırpılıb - VİDEO
Banan yüklü "Lady Rosemary" gəmisi Yaponiyada dalğaqırana çırpılıb.
“Seanews.az” seafarersjournal.com-a istinadan xəbər verir ki, qəza Fukuoka limanının çıxışında baş verib.
İlkin məlumata görə, kapitan idarəetməni itirərək gəmisinin dalğaqıranla toqquşmasına şərait yaradıb.
Gəmidə 9 min 576 ton yük olub.
Ümumilikdə 44 heyət üzvünün 20-si yapon və 22-si filippinlidir.
Hadisə zamanı gəminin heyətindən heç kim xəsarət almayıb.
Toqquşma nəticəsində gəmidən yanacağın bir hissəsi suya dağılıb və bu, xilasetmə işini çətinləşdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır