Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Britaniya Ukraynaya gəmilər üçün 750 milyon funt-sterlinq kredit verməyi planlaşdırır

London gəmilər üçün Kiyevə ayrılan kreditlə bağlı müqavilələrin 2025-ci ilə qədər bağlanacağını düşünür.

“Seanews.az”-ın məlumatına görə, 2024-cü ilin sonuna qədər Kiyev Britaniya şirkətləri ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbi potensialının gücləndirilməsi üzrə ikitərəfli layihənin həyata keçirilməsi üçün zəruri olan bütün müqavilələri bağlamalı olacaq.

Ukrayna tərəfinə bu məqsədlə 1,7 milyard funt sterlinq (hazırkı məzənnə ilə təxminən 2,3 milyard dollar) məbləğində Britaniya kreditlərinin verilməsinə dair çərçivə sazişinin mətnində belə deyilir. Sənəd və onun izahat memorandumu bazar ertəsi Britaniya hökuməti tərəfindən dərc edilib.

"Kreditlər Britaniya mal və xidmətlərinin alınması üçün Britaniya tədarükçüləri ilə bağlanmış müqavilələrin maliyyələşdirilməsinə yönəldilməlidir ki, bu da müvafiq müqavilələrin məbləğinin ən azı 50%-ni təşkil etməlidir. Müqavilələrin hər biri 2024-cü il dekabrın 31-dən gec olmayaraq bağlanmalıdır”, - deyə Çərçivə sazişinin mətnində bildirilir.

Britaniya İxrac Kredit Agentliyi (UKEF) Ukrayna tərəfinə 750 milyon funt-sterlinqə qədər kredit verməyi planlaşdırır, bundan başqa, bank kreditləri vasitəsilə daha 950 milyon funt-sterlinqə qədər vəsait əldə edilə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır