Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Maşın şöbəsində işləyərkən xəsarət alan filippinli dənizçi xəstəxanaya çatdırılıb

“JPO AQUARIUS” konteynerdaşıyan gəmidə fövqəladə hadisə baş verib – heyət üzvlərindən biri maşın şöbəsində işləyərkən ciddi xəsarət alıb.

“Seanews.az” xəbər verir ki, qəzanın xarakteri dəqiqləşdirilməyib.

Portuqaliya bayrağı altında üzən “JPO AQUARIUS” gəmisi hadisə zamanı Yeni Qvineyanın (İndoneziya) şimal-qərb sahillərində olub. Sidneydən Şanxaya gedən konteynerdaşıyan gəmi dənizçinin zədəsi səbəbindən səfərini yarımçıq qoymaq məcburiyyətində qalıb.

Xəsarət alan dənizçi Filippin sakinidir. O, İndoneziya Hərbi Dəniz Qüvvələri tərəfindən xəstəxanaya çatdırılıb.

Məhz bundan sonra konteynerdaşıyan gəmi səfərinə davam edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır