

İraqın Umm-Qəsr limanında iki yanacaq çəni yanıb
İraqın Bəsrə əyalətində yerləşən Umm-Qəsr limanında iki yanacaq çəni yanıb.
APA xəbər verir ki, bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.
Bildirilib ki, xilasedicilər vəziyyəti nəzarətə götürə bilib. Ölən və xəsarət alan olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır