Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dalyan limanı dondurulmuş ət və balıq məhsulları olan soyuducu konteynerlərin qəbulunu dayandırıb

Çin Dalyan limanında dondurulmuş ət və balıq məhsulları olan soyuducu konteynerlərin qəbulunu dayandırıb. “Seatrade Maritime” xəbər verir ki, bu, koronavirusun yayılması ilə əlaqədardır, onun mənbəyi, Çin səlahiyyətlilərinə görə, dondurulmuş məhsullar olub və ilk yoluxma halı limandakı anbarda aşkar edilib.

Bununla əlaqədar olaraq, “Hapag-Lloyd” müştərilərinə soyuducu konteynerləri Sindao, Tyanszin və ya digər limanlara yönləndirməyi və ya onları yola salınan limana qaytarmağı tövsiyə edir.

“Hapag-Lloyd” açıqlamasında "Sizdən hər hansı təlimat və ya təsdiq almasaq, qərar vermək hüququmuzu özümüzdə saxlayırıq",- deyir.

Daşınma və saxlama zamanı temperatura nəzarət edilən malların demək olar ki, 70%-i Dalyan limanı vasitəsilə Çinə idxal olunur. Qəzet yazır: "Çin koronavirusa qarşı sıfır tolerantlıq strategiyasına riayət etməkdə davam edir, Dalyan sakinləri artıq ciddi məhdudiyyətlərlə üzləşiblər. Çin hakimiyyəti məhz soyuq zəncirlə yoluxma riskini yüksək hesab edir".

Xatırladaq ki, may ayında Çinin Yantyan limanında koronavirus epidemiyası qeydə alınmışdı. Liman təxminən dörd həftə bağlandı, nəticədə konteynerlərin daşınmasında gecikmə yarandı. Sonra bu böhran ümumi tutumu 700 min TEU olan konteynerlərə təsir etdi. Avqust ayında isə bir yoluxma hadisəsi səbəbindən Ninbo limandakı konteyner terminalı iki həftə karantin üçün bağlandı.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır