Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Çinin fərdi məlumatların mühafizəsi qanunu AIS-i iflic edib

Çin sularında olan gəmilər Avtomatik İdentifikasiya Sistemindən (AIS) yoxa çıxır.

“Seanews.az”-ın məlumatına görə, bu, noyabrın 1-də Çində fərdi məlumatların mühafizəsi haqqında yeni qanunun qüvvəyə minməsi və bu qanunla əlaqədar dövlət nəzarəti qaydalarının sərtləşdirilməsi, xüsusən də şəxsi məlumatların toplanması və xarici şirkətlərə ötürülməsinin məhdudlaşdırılması ilə bağlıdır.  

“Reuters” bildirir ki, bu qanun logistikadakı problemləri daha da artırır və tədarük zəncirlərinin sabitləşməsini ləngidir.

“Yeni qanuna əsasən, onlayn platformalar fərdi məlumatların qorunması üçün emal standartlarını və öhdəliklərini dəqiq müəyyənləşdirməlidir. Bununla belə, qanunda logistika biznesi zamanı şəxsi məlumatların emalı ilə bağlı aydın təlimatlar yoxdur. Buna baxmayaraq, bəzi Çin provayderləri xarici şirkətlərə, məsələn, yüklərin həcminə dair məlumatların ötürülməsini dayandırdılar. Bu, logistikanın optimallaşdırılmasını çətinləşdirir, çünki şirkətlər dəniz marşrutlarının seçimində əsas qərarları qəbul edə bilmirlər. Bundan əlavə, banklar, axtarış-xilasetmə xidmətləri və bir çox başqaları AIS məlumatlarından istifadə edirlər",-deyə nəşr yazır.

“VesselsValue”-un məlumatına görə, oktyabrın 28-dən noyabrın 15-dək Çinin daxili su yolları ilə yüklərin hərəkəti ilə bağlı məlumatların həcmi 90% azalıb. Digər iki mənbə isə son günlərdə yerüstü AIS məlumatlarının həcminin 45% azaldığını bildirib.

Analitiklərin düşüncəsinə görə, "Çin əsas kömür və dəmir filizi idxalçısı və konteynerli yüklərin əsas ixracatçılarından biri olduğundan, məlumatların hədsiz dərəcədə azalması gəmiçilik sahəsində təchizat zəncirlərinin şəffaflığı ilə bağlı ciddi problemlər yarada bilər".

Gəmilərin yerini və hərəkətini izləyən “MarineTraffic”, Çin üçün xarici bir şirkətdir - və artıq istehlak mallarının və xammalın çoxunun gəldiyi Çində olan gəmilərin mövqeyi haqqında məlumatsızlıq, boşluqlar görür.  "Gəmilərin nə vaxt, haradan və hara getdiyini bilmirik, AIS-in bizə verdiyi liman tıxacları haqqında tam təsəvvürümüz yoxdur", – deyə “MarineTraffic”də həyəcan siqnalı çalırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır