Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

2003-cü ildə batmış sualtı gəminin nüvə reaktorlarından hər an radiasiya sıza bilər

2003-cü ilin avqust ayının sonunda Barents dənizində batan “K-159” sualtı gəmisinin gövdəsi pis vəziyyətdədir və  gəmidən hər an radiasiya sıza bilər.

“Seanews.az”, “Narodnıye Novosti”yə istinadən xəbər verir ki, 627A "Kit" layihəli  sualtı gəmi təkrar emal üçün yedəkdə Qremix bazasından “Nerpa” gəmiqayırma zavoduna aparılarkən Kola yarımadasının şərq sahilində batıb. Həmin vaxtdan etibarən elm adamları sualtı gəmini izləyirlər. Dənizin dibində yatan gəminin iki reaktorundan gələn radiasiyanın əhəmiyyətli balıqçılıq sahələrini çirkləndirə biləcəyi ehtimal olunur.

Buna baxmayaraq, Rusiya dövlət atom enerjisi korporasiyası "Rosatom" sualtı gəmini 2030-cu ildən tez qaldırmağı planlaşdırmadıqlarını açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır