

2003-cü ildə batmış sualtı gəminin nüvə reaktorlarından hər an radiasiya sıza bilər
2003-cü ilin avqust ayının sonunda Barents dənizində batan “K-159” sualtı gəmisinin gövdəsi pis vəziyyətdədir və gəmidən hər an radiasiya sıza bilər.
“Seanews.az”, “Narodnıye Novosti”yə istinadən xəbər verir ki, 627A "Kit" layihəli sualtı gəmi təkrar emal üçün yedəkdə Qremix bazasından “Nerpa” gəmiqayırma zavoduna aparılarkən Kola yarımadasının şərq sahilində batıb. Həmin vaxtdan etibarən elm adamları sualtı gəmini izləyirlər. Dənizin dibində yatan gəminin iki reaktorundan gələn radiasiyanın əhəmiyyətli balıqçılıq sahələrini çirkləndirə biləcəyi ehtimal olunur.
Buna baxmayaraq, Rusiya dövlət atom enerjisi korporasiyası "Rosatom" sualtı gəmini 2030-cu ildən tez qaldırmağı planlaşdırmadıqlarını açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır