Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Braziliyada Paraqvay çayında turistlərə xidmət göstərən gəmi qəzaya uğrayıb

Braziliyada Paraqvay çayında turistlərə xidmət göstərən gəminin qəzaya uğraması nəticəsində ən azı üç nəfər ölüb, yeddi nəfər itkin düşüb.

İlkin məlumatlara görə, göyərtəsində 21 nəfər turistin olduğu gəmi güclü külək səbəbindən çevrilərək batıb.

Qeyd olunur ki, turistlər çaya balıq tutmaq məqsədi ilə gediblər. Hadisə yerində xilasetmə əməliyyatının davam etdirildiyi bildirilir.

Mənbə: “Prensa Latina”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır