• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Qara dənizdə pis hava şəraiti Ukraynaya məxsus gəmi üçün problem yaradıb

Qara dənizdə hava şəraitinin pisləşməsi Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir gəmisinin zədələnməsi ilə nəticələnib.

“Seanews.az” xəbər verir ki, hava şəraitinin kəskin pisləşməsi nəticəsində fövqəladə vəziyyət yaranıb, nəticədə milli donanmanın bir gəmisi zədələnib. Vəziyyəti qiymətləndirdikdən sonra, salamatlığının təmininə yönələn mübarizə tədbirləri görmək məqsədi ilə gəminin lövbərdə saxlanmasına qərar verilib.

Məlumata görə, hadisə ilə bağlı Ukraynanın İnfrastruktur Nazirliyi, Milli Sərhəd Xidməti və Fövqəladə Hallar Dövlət Xidməti ilə qarşılıqlı əlaqə qurulub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır