• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Bu il Sinqapur boğazında gəmilərə hücumla bağlı 26 hadisə qeydə alınıb

Cari ildə Sinqapur boğazında gəmilərə hücumla bağlı (2020-ci ildə 22, 2019-cu ildə isə 15 hadisə) ümumilikdə 26 hadisə qeydə alınıb.

“Seanews.az”, “Information Fusion Centre”-yə (IFC) istinadən xəbər verir ki, təcavüzkarların hərəkətləri də oxşardır: adətən 4-6 nəfərdən ibarət cinayətkar qruplar kiçik gəmilərdən istifadə edirlər, əksər hallarda bortu hündür olmayan və yavaş hərəkət edən gəmiləri (7-12 düyün) hədəf seçirlər.

Yük teploxodları, balkerlər və tankerlərə gəldikdə, təcavüzkarlar daha çox bıçaq və ya dəmir hissələri ilə silahlana bilərlər. Eyni qrupun bir gecədə bir neçə gəmiyə hücum etməsi halları da qeydə alınır. 

Naməlum şəxslərin barj və yedək gəmilərinə minməsi isə bir qədər fərqli görünür. Cinayətkarlar silahsız olur, gəmi hissələri və metal qırıntıları axtarmağa gəlirlər.

Gəminin növündən asılı olmayaraq tövsiyələr oxşardır. Xüsusilə, dənizçilərə gündüz saatlarında da ayıq-sayıq olmaları və şübhəli fəaliyyət barədə dərhal yerli hakimiyyət orqanlarına və IFC-yə məlumat vermələri məsləhətdir. Bölgə üçün “Piratçılığa qarşı ən yaxşı təcrübə” bələdçisində tövsiyə olunan gəmi mühafizə tədbirlərini tətbiq etməyə dəyər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır