

ABŞ gəmiqayırma zavodlarına 21 milyard dollar investisiya yatırmağı planlaşdırır
ABŞ Müdafiə Nazirliyi, ABŞ Hərbi Dəniz Qüvvələrinin 2022-ci maliyyə ili üçün "Maliyyə prioritetləri" ilə bağlı hesabat hazırlayıb.
“Seanews.az” xəbər verir ki, hesabatda gəmi inşası sahələrinin modernləşdirilməsinə böyük məbləğdə - 21 milyard dollar investisiya qoyulması planlaşdırılır.
"Növbəti maliyyə ili ABŞ Donanmasının gəmiqayırma infrastrukturunun optimallaşdırılması proqramı üçün əhəmiyyətli olacaq. Bu işə 21 milyard dollar xərclənəcək. Bir əsrdə bir dəfə belə edilir”,- deyə ABŞ Müdafiə nazirinin araşdırma və təchizat üzrə köməkçisi Cey Steffani məlumatı təsdiqləyib.
Cey Steffaninin sözlərinə görə, 2022-ci ilin sonuna qədər "ABŞ Donanması gələcək dəyişikliklər üçün bir yol xəritəsinə sahib olacaq və nəyə çevriləcəyini tam olaraq görəcək."
”İrs” Fondu yanında Milli Müdafiə Mərkəzinin (“Heritage Foundation's Center for National Defense”) araşdırmaçısı Maya Klark isə bildirir ki, "Gəmiqayırma zavodları əsl böhran içərisindədir. Onilliklər ərzində maliyyələşməmənin qurbanı olublar. Sadəcə olaraq, hazırkı donanmanı təchiz etmək, modernləşdirmək, ehtiyaclarını ödəmək üçün lazımi gücə malik deyilik".
Eyni zamanda, Hesablama Palatasının mütəxəssisləri donanma rəhbərliyinin qarşıdakı xərcləri və modernləşmə risklərini düzgün qiymətləndirmədiyi qənaətindədirlər. Bu səbəbdən düşünürlər ki, ayrılan vəsait, proqramı başa çatdırmaq üçün yetərli olmaya bilər.