

Sakit okeana üç min bareldən çox neft tökülüb
ABŞ-ın Kaliforniya ştatının sahillərindəki neft kəmərindən sızma nəticəsində Sakit okeana üç min bareldən çox neft tökülüb.
“Seanews.az” xəbər verir ki, sızıntı ştatın cənub hissəsində Orandj bölgəsindəki “Amplify Energy” kompaniyasının boru kəmərindən qaynaqlanır. Hazırda neft silsiləsinin uzunluğu təxminən 12 km-dir. Hadisə yerli flora və faunaya da təsir göstərib. Yerli sakinlər okeanın sahilində ölü balıq və quşlar tapdıqları haqqında məlumat verirlər.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırmaq üçün mütəxəssisləri texnogen fəlakət bölgəsinə göndərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır