

ABŞ Hərbi Dəniz Qüvvələri yeni esmines qrupu yaradır
ABŞ Hərbi Dəniz Qüvvələri, Atlantik okeanında Rusiya sualtı qayıqlarına qarşı yeni bir esmines qrupu yaradıb. Bu barədə bazar ertəsi ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun informasiya portalında dərc olunan yazıda məlumat verilir.
“Seanews.az”-ın məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantikdəki quru qoşunlarının komandanı, kontr-admiral Brendan Makleyn deyib ki, "Gəmilər, Rusiyanın Atlantik okeanında sualtı fəaliyyətini izləmək və ölkəmizin ərazisini dənizdən qorumaq da daxil olmaqla, bir çox vəzifələri yerinə yetirməyə hazır olacaq.”
Esmineslər qrupu “Greyhound” adlandırılıb. Qrupa əvvəlcə “Donald Cook” və “Thomas Hudner” esminesləri daxil olacaq. 2022-ci ilin yanvarında “Sullivans”, daha sonra “Donald Cook” təmirə dayananda “Cole” və “Gravely” esminesləri də onlara qoşulacaq.
İşçi qrupu ABŞ Hərbi Dəniz Qüvvələrinin Floridadakı Mayport və Virciniyadakı Norfolk bazalarında yerləşəcək. Makleynin sözlərinə görə, qrup 2022-ci ilin iyun ayınadək döyüş üçün tam hazır vəziyyətdə olacaq.