

Gəmi tənəffüslə bağlı problemi yaranan dənizçiyə görə istiqmətini dəyişib
“LYRIC POET” quru yük gəmisi, heyət üzvlərindən birinin səhhətinin pisləşməsi səbəbindən tibbi yardım istəyib.
“Seanews.az” xəbər verir ki, kapitanın böyük köməkçisinin tənəffüslə bağlı problemi yaranıb və səfər zamanı halı pisləşib.
Cəbəllütariqdən Çinə gedən gəmi bu zaman Ərəb dənizində hərəkət edirmiş.
Hindistanlı mütəxəssislər və Hərbi Dəniz Xilasetmə qrupu ilə görüşdən sonra gəmi istiqamətini dəyişərək Hindistanın Koçi şəhərinə istiqamət götürüb.
Xəstə filippinli dənizçi vertolyotla Hindistan Dəniz Qüvvələrinin Koçi şəhərindəki xəstəxanasına çatdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır