Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-05,
Seanews
Heyder Eliyev

"Caspian Sprinter" teploxodu körpüyə yan alarkən digər gəmini əzib

"Caspian Sprinter" teploxodu Rostov-Donun  Novoşaxtinski Neft Məhsulları Zavodunun 72 saylı körpüsünə yan alarkən qonşu körpüdə yük əməliyyatına dayanan "Lady Rania" gəmisinə çırpılıb.

“Seanews.az”-ın məlumatına görə, qəza nəticəsində "Lady Rania" teploxodunun sağ bortu əzilib.

Hadisə zamanı dənizçilər zərər görməyib, axıntı və ətraf mühitin çirklənməsi baş verməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır