Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-01,
Seanews
Heyder Eliyev

İsveç "Estoniya" bərəsinin gövdəsindəki çuxurun partlayış nəticəsində meydana gəldiyini inkar edir

“1994-cü ildə batan “Estoniya” bərəsinin gövdəsində bu yaxınlarda aşkar edilmiş çuxur partlayış nəticəsində yarana bilməzdi.”

“Seanews.az”-ın məlumatına görə, bunu “TT” agentliyinə müsahibəsində Qəzaların Araşdırılması üzrə Dövlət Komissiyasının nümayəndəsi Yunas Bekstrand söyləyib.

"Partlayış olduğuna dair heç bir əlamət görmürük. Sadəcə, metal üzərində başqa cür görünür. İndi bununla bağlı heç bir şərhim yoxdur, təhlil etmək üçün kifayət qədər materialımız var”,-deyə Yunas Bekstrand bildirib.

Yunas Bekstrandın fikrincə, çuxura xarici təsirlər səbəb ola bilərdi.  

“Estoniya” bərəsinin gövdəsində keçən yay lentə alınan dəliklərin videoları İsveç radiosının saytında yayımlanıb. Polad quruluş parçalarının kənara əyildiyi açıq görünür. Çalmers Texniki Universitetinin gəmiqayırma texnologiyası professoru Anders Ulfvarson deyib: "Gözlədiyimdən daha qırıq görünür.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır