Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Niderland şirkəti Rusiyanın Kostroma gəmiqayırma zavoduna yerləşdirdiyi gəmi gövdələrinin tikintisi üzrə sifarişi dayandırıb

Niderland "Rensen-Driessen Shipbuilding B.V." şirkəti  Rusiyanın Kostroma gəmiqayırma zavoduna tankerlərin gövdələrinin tikintisi üçün verdiyi sifarişi  dayandırıb.

“Seanews.az”ın xəbərinə görə, bu barədə “REGNUM” agentliyinin müxbirinə müəssisənin baş direktorunun müşaviri Andrey Babin məlumat verib. Onun sözlərinə görə, Niderland şirkəti vəziyyət aydınlaşana qədər gəmiqayırma zavodu ilə əməkdaşlıq etməyəcək.

A.Babin deyib: "Niderlandlıların onlar üçün gəmi tikən tərəfdaşlarına qarşı çox ciddi tələbləri var. Müəssisənin müflis olmaması, qanunla bağlı problemlərin yoxluğu və mülkiyyətin sahibinə aid olması əsas şərtlərdir. Biznesin təhlükəsizliyi və pul vəsaitinin qorunması Hollandiya şirkəti üçün prioritetdir”.

Xatırladaq ki, Kostroma gəmiqayırma zavodu 2017-ci ildə Niderland "Rensen-Driessen Shipbuilding B.V." şirkəti ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq zamanı zavod 6 tankerin gövdəsini tikərək, suya buraxıb. Növbəti beş ildə şirkət daha 10-15 gəminin inşası ilə bağlı müqavilələrin imzalanacağını planlaşdırırdı.

2021-ci ilin iyununda gəmiqayırma zavodu müflis elan edilib. Tərsanənin əsas kreditoru Əmanətlərin Sığortalanması Agentliyinin tələb etdiyi məbləğ isə 220 milyon rubl təşkil edir.

Gəmiqayırma zavodu “paytaxtın maliyyə qurumları" ilə investisiya müqaviləsi bağlayaraq böhrandan çıxacağına ümid bəsləyirdi. Sifarişlər və maliyyə zəmanətləri veriləcəyi halda, gəmi istehsalçıları da Əmanətlərin Sığortalanması Agentliyinə olan borclarını tədricən ödəyə biləcəkdilər.

Belə bir müqavilənin bağlanıb-bağlanmayacağı hələ ki, məlum deyil.

Üstəlik, söhbət gedir ki, Kostromada tikilməsi planlaşdırılan 7-ci və 8-ci  neft tankerinin gövdəsinin inşası üçün sifarişlər də artıq Çin müəssisələrinə verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır