Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Türk və rus gəmilərinin toqquşma səbəbi məlum olub

Rusiyaya məxsus yük gəmisi "Rusiç-10"un Türkiyə gəmisi "Tahsin İmamoğlu" ilə toqquşmasının səbəbi açıqlanıb.

Bosfor boğazında olan qəza Türkiyə gəmisinin sükanında yaranan problemə görə baş verib. Sükanda idarəetmə ilə bağlı nasazlıq yaranıb. Bu barədə "Voljskoe paroxodstvo" gəmiçilik şirkəti məlumat yayıb.

Şirkət "Rusiç-10"un yedəyində 11 nəfərdən ibarət heyətin olduğunu bəyan edib. Onlar Rusiya vətəndaşlarıdır və xəsarət almayıblar.

Qeyd edək ki, 25 sentyabrda Türkiyənin sahil mühafizə xidməti Rusiyaya məxsus yük gəmisinin Bosfor boğazında "Tahsin İmamoğlu" adlı gəmi ilə toqquşmasına dair məlumat yayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır