

“Shell” elektrik enerjisi ilə işləyən 3 bərə sifariş edib
“Shell”, işçilərini daşımaq üçün elektrik enerjisi ilə işləyən 3 bərə sifariş edib. 200 nəfərlik sərnişin gəmiləri 2023-cü ilin ikinci yarısında sifarişçiyə təhvil veriləcək.
“Seanews.az” xəbər verir ki, elektrikli bərələr dizel yanacağı ilə işləyən gəmiləri əvəz edəcək və Sinqapur ilə “Shell Energy and Chemicals” şirkətinin yerləşdiyi Bukum adası arasındakı 5.5 km-lik marşrutda istismar ediləcək.
Ətraf mühiti çirkləndirməyəcək və demək olar ki, səssiz üzəcək gəminin sürəti 20 düyün olacaq.
Gəmilər Sinqapurun “Penguin International” gəmiqayırma zavodunda inşa ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır