Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-01,
Seanews
Heyder Eliyev

Xarici şirkətlərin kruiz gəmiləri Haynanda iki dəfədən çox dayana biləcək

ÇXR səlahiyyətliləri Haynanı yaxt turizm mərkəzi və kruiz gəmilərinin beynəlxalq ticarət bazasına çevirməyi planlaşdırırlar.

“Seanews.az”-ın məlumata görə, Çinin cənubundakı Haynan əyalətinin səlahiyyətliləri bu il oktyabrın 15-dən etibarən xarici kruiz gəmilərinə adanın azad ticarət limanında marşrutlarına ikidən çox dayanma məntəqəsi əlavə etməyə icazə verəcəklər.

Azad ticarət limanının kruiz sənayesini inkişaf etdirmək məqsədi daşıyan bu yenilik 2024-cü il dekabrın 31-dək qüvvədə olacaq.

Kruiz gəmisi operatorları müvafiq icazə almaq üçün Haynan əyalətinin nəqliyyat idarəsinə müraciət etməlidirlər. Müraciətə 10 iş günü ərzində baxılacaq. Sərnişinlər adanı ziyarət etdikdən sonra mütləq gəmiyə qayıtmalı və Haynan adasının azad ticarət limanının ərazisini tərk etməli olacaqlar.

Keçən il iyunun 1-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsi və ÇXR Dövlət Şurası Haynanda azad ticarət limanının formalaşdırılması proqramını nəşr etdi. Sənəd bu tropik adada xüsusi gömrük zonasının yaradılmasını nəzərdə tutur. Çin hakimiyyəti, əyalət ərazisində ümumilikdə 2025-ci ilədək azad ticarət limanının tikintisini başa çatdırmağı planlaşdırır və həmin vaxtadək adada sərbəst ticarət və sərmayə qoyuluşu sistemi qurulacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır