Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-01,
Seanews
Heyder Eliyev

Ekspedisiya Avropanın ən böyük gəmi qəzasını araşdırmaq üçün dənizə çıxıb

Sülh dövründə Avropanın ən böyük gəmi qəzasını - 1994-cü ildə Baltik dənizində batan “Estoniya” bərəsinin qalıqlarını araşdırmaq üçün xüsusi ekspedisiya dənizə çıxıb.

"Üç aydır ki, ekspedisiyaya hazırlaşırıq və nikbinik. Məqsədimiz, gəminin məruz qaldığı bütün zərərlərin siyahısını tərtib etmək, fotoşəkillərini çəkmək, həmçinin avtomobil göyərtəsini və qəza yerinin yaxınlığını araşdırmaqdır."

Bu sözləri qəzanın araşdırılması üzrə Estoniya komissiyasının keçmiş sədri Marqus Kurm paylaşıb.

Marqus Kurm bildirib ki, Hollandiyanın Emshafen limanından çıxan ekspedisiyada 18 heyət üzvü və altı media nümayəndəsi olmaqla 46 nəfər iştirak edir. Ekspedisiya sualtı və dalğıc əməliyyatları üçün uyğunlaşdırılmış “RS SENTINEL” gəmisində aparılır. Toplanan məlumatlar dəniz fəlakətləri sahəsində mütəxəssis Andjey Yasionovski tərəfindən diqqətlə öyrəniləcək. İsveç və Estoniya, gələn il daha ətraflı araşdırmaya hazırlaşmaq üçün iyul ayında qəzanın ilkin araşdırmasını apardılar. Estoniya, İsveç və Finlandiyadan olan 28 mütəxəssis çoxfunksiyalı “EVA-316” buzqıran gəmisində və “Electra af Asko” tədqiqat gəmisində on gün çalışdılar və bərənin ciddi şəkildə zədələndiyini aşkar etdilər.

2020-ci ilin sentyabr ayında Estoniya hökuməti gəminin gövdəsində əvvəllər diqqətdən kənarda qalan bir dəliyin aşkarlanması ilə əlaqədar Finlandiya və İsveç ilə yeni birgə araşdırma aparmaq qərarına gəldi. Həmin dəliyi faciə barədə sənədli film çəkən “Discovery” (“Diskaveri”) telekanalının çəkiliş qrupu aşkar etmişdi. May ayında Estoniya hökuməti bərənin qalıqlarının öyrənilməsi üçün 1,6 milyon avro ayırdı.

Xatırladaq ki, "Estline" gəmiçilik şirkətinin “Estoniya” bərəsi 1994-cü il sentyabrın 27-28-də Baltik dənizində batmışdı, qəza nəticəsində gəmidəki 989 sərnişin və heyət üzvündən 757 nəfər itkin düşmüş, 95 nəfər (ümumilikdə 852) həlak olmuşdu.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır