

Kömür daşımaq üçün 40 gəmi lazım olacaq
“Severnaya Zvezda” kompaniyasına (“AEON” korporasiyasına daxildir) Taymır yatağından Şimal dəniz yolu ilə kömür daşımaq üçün 40 gəmi lazımdır.
“Seanews.az”-ın məlumatına görə, “AEON”-un idarə heyətinin sədri Roman Trosenko TASS-a müsahibəsində bildirib ki, birinci mərhələdə 22, ikinci mərhələdə 18 gəmiyə ehtiyac olacaq.
Gəmilər 10 ədəddən ibarət olmaqla seriya ilə sifariş veriləcək. Bu ilin sonuna qədər bir tenderin elan edilməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır