• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Keniya suları piratçılıq baxımından yüksək riskli ərazilər siyahısından çıxarılıb

Bu ilin aprel ayında Keniya Beynəlxalq Dəniz Təşkilatından ərazi sularının piratçılıq riski artan zonalar siyahısından çıxarılmasını xahiş etmişdi. Əsas arqument, hazırda bölgədə gəmiçilik üçün ciddi bir təhlükənin olmaması idi.

"Seanews.az" xəbər verir ki,  xüsusilə, 2017-ci ildən bəri ölkənin sularında bir dəfə də olsun quldurluq hadisəsi baş verməyib.

Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, Hind okeanının Keniya yaxınlığındakı suları,  artıq yüksək riskli sahələr deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır