• Bakı, 2021-09-20,
Seanews
Heyder Eliyev

Xəlifə limanında ilk yarıavtomatik konteyner terminalı yaradılacaq

Logistika, sənaye və ticarət sahəsində regional vasitəçi olan “AD Ports Group” və Fransada yerləşən, gəmiçilik və logistika sahəsində ixtisaslaşan “CMA CGM Group” 35 illik razılıq müqaviləsi imzalayıblar. Müqavilənin şərtlərinə əsasən, BƏƏ-nin Xəlifə limanında yeni bir terminal, bölgədə “CMA CGM”-nin  törəmə şirkəti  “CMA Terminals” (70% pay) və “AD Ports Group” (30% pay) ilə birgə idarə ediləcək ilk yarıavtomatik konteyner limanı yaradılacaq. Tərəfdaşların layihə üçün təxminən 154 milyon dollar ayıracağı gözlənilir.

“Seanews.az”-ın məlumatına görə, tikintiyə bu il başlanacaq. Yeni terminalın 2024-cü ildə istismara verilməsi planlaşdırılır. Birinci mərhələdə yanalma körpüsünün uzunluğu 800 metr, təxmin edilən illik tutumu isə 1.8 milyon TEU olacaq.

“AD Ports Group” infrastrukturun yaradılmasına, böyük həcmdə yardımçı işlərin görülməsinə  cavabdeh olacaq. Bura ümumilikdə 1200 metr körpü divarı, 3800 metr dalğaqıran, tam tikilmiş dəmir yolu platforması və 700.000 kvadratmetr terminal sahəsi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır