

Ukrayna donanmanın inkişafı üçün böyük bir proqram həyata keçirəcək
Seanews.az xəbər verir ki, Ukrayna prezidenti V.Zelenski 2035-ci ilə qədər Ukraynada donanmanın inkişafı üçün böyük bir proqramın həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, "böyük donanma" proqramı üç mərhələdən ibarətdir.
"Birinci mərhələni reallıqda görəcəyik - mütləq 2024-cü ilə qədər yerinə yetiriləcək. İkinci mərhələ 2030-cu, üçüncüsü - 2035 ilədək tamamlanacaq",- deyə prezident bildirib.
Dövlət başçısı ölkənin hərbi-dəniz donanması - kiçik sualtı qayıqlar, korvetlər və hərbi gəmilərin inşası üçün infrastruktur yaratdığını vurğulayıb. Bundan əlavə, hərbi-dəniz bazalarının inkişafına başlanması planlaşdırılır.
Bu gün Ukraynanın yeganə əhəmiyyətli dəniz döyüş gəmisi “Getman Saqaydaçnıy” sualtı əleyhinə freqatdır.
Daha əvvəl Zelenski Berdyansk və Oçakovda iki hərbi-dəniz bazasının tikiləcəyini bildirmişdi.