Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Livanlı vəkillər London məhkəməsi vasitəsilə Beyrut limanında baş verən partlayışla əlaqədar təzminat tələb edirlər 

“Seanews.az”  xəbər veriri ki, Beyrut Vəkillər Kollegiyasının hüquqşünasları İngiltərənin paytaxtında qeydiyyata alınmış “Savaro” kimya şirkəti ilə bağlı London Ali Məhkəməsinə müraciət edərək, keçən ilin avqustunda Beyrut dəniz limanında baş verən və çox insanın ölümünə səbəb olan partlayışın nəticələrinə görə kompensasiya ödənilməsini tələb edirlər.

Vəkillərin və digər dörd iddiaçının sözlərinə görə, ammonium-nitrat Mozambikdə bir partlayıcı maddə istehsal edən şirkət üçün nəzərdə tutulubmuş. Yük daşıyan köhnə gəmi 2013-cü ildə Afrika ölkələrinə gedərkən Beyrut limanında batıb. Nitrat boşaldılıb və Livan məhkəməsinin qərarı ilə Beyrut limanının anbarına yerləşdirilib.

Qeyd edək ki, 2020-ci il avqustun 4-də baş verən partlayışdan şəhər daxilində və xaricində yüzlərlə ev dağılıb, 218 nəfər həlak olub, 6,5 min nəfər yaralanıb, 300 mindən çox vətəndaş evsiz qalıb. Livanın paytaxtına təxminən 4 milyard dollar ziyan dəyib.

Keçən ilin avqust ayından etibarən bu işlə əlaqədar limanın keçmiş direktoru və gömrük xidmətinin rəisi də daxil olmaqla 30-dan çox adam həbs edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır