

Malayziya səlahiyyətliləri yanacağın gəmidən-gəmiyə qanunsuz nəqli cəhdinin qarşısını alıblar
Malayziya Dəniz Hüquq-Mühafizə Agentliyi Şərqi Cahar sularında yanacağın gəmidən-gəmiyə qanunsuz nəqli cəhdinə görə Belizdə qeydiyyatdan keçən bir tankeri saxlayıb.
Bu barədə “Seanews.az” “Dryad Global”-a istinadən xəbər verir
Agentliyin direktoru, birinci admiral Nurul Xizam Zəkəriyə tankerin Tanjunq Balaudan təxminən 6.7 dəniz mili şimal-şərqdə - Kota Tinggidə saxlanıldığını söyləyib.
Tankerin kapitanı lövbər atmaq və ya yanacağın gəmidən-gəmiyə nəqli üçün heç bir icazə sənədi göstərməyib.
Hər iki gəminin kapitanı və baş mexaniki əlavə araşdırma üçün Tanjun Sedili Dəniz İdarəsinə aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır