

Böyük balıqçılıq müəssisəsi 4.625 milyard rubla satılıb
Saxalində “Uzaqşərqbalıq” idarəetmə şirkətlər qrupuna daxil olan “Ostrovnoy MMC” balıq kombinatı Çukotkada yerləşən "Çukotrıbpromxoz" ASC-nin səhmlərinin 100%-ni 4.625 milyard rubla (ilkin qiyməti 2.5 milyard rubl olan) alıb.
“Seanews.az” xəbər verir ki, bu barədə hərracı keçirən Rusiya Federasiyası Hərrac Evinin məlumatında bildirilir.
“Çukotrıbpromxoz”, Çukotka muxtar vilayətinin əmlakının özəlləşdirilməsi çərçivəsində satılıb. “Çukotrıbpromxoz” şirkətinin əsas sərvəti bəzi balıqları tutmaq üçün 2,16 milyard rubl dəyərində kvotalardır. Kvotalar 2033-cü ilə qədər etibarlıdır. İki iddiaçının iştirak etdiyi hərracda başlanğıc qiymət hərrac zamanı demək olar ki, iki dəfə artıb.
"Əslində, bugünkü hərrac çərçivəsində biz 2033-cü ilə qədər bəzi dəniz canlılarını tutmaq üçün kvotalar satdıq. Qalibə yaxın bir şirkət artıq oxşar hərracda - Uzaq Şərqdə balıq tutmaq üçün kvota satışında iştirak etmişdir. Bu bazarda rəqabət çox yüksəkdir”,-deyə Rusiya Federasiyası Hərrac Evinin baş direktoru Andrey Stepanenko bildirib.