

Suriyanın Latakiya limanında tankerdə partlayış baş verib
Suriyanın Latakiya limanında dayanan gəmilərin birində partlayış baş verib.
"Seanews.az" xəbər verir ki, partlayışdan sonra gəmidə yanğın başlayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Qeyd olunur ki, insident gəmidə texniki baxış işləri aparılarkən qeydə alınıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Gəminin hansı ölkəyə məxsus olması barədə məlumat verilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır