

Nüvə enerjili sualtı raket gəmisi bir müddət sürətini itirib
Rusiyanın “Oryol” nüvə enerjili sualtı raket gəmisi Danimarkanın Sehero adası sahillərində sürətini itirib.
"Seanews.az" xəbər verir ki, hadisə avqustun 3-də - kreyser Hərbi Dəniz Qüvvələri günü münasibəti ilə keçirilən paraddan sonra Sankt-Peterburqdan qayıdanda baş verib. “Altay” yedək gəmisi sualtı qayığın bazaya aparılması üçün zəruri hazırlıqlara başlayanda, “Oryol”un heyətinin sistemin sazlığını artıq bərpa etdiyi bəlli olub.
Danimarka Hərbi Dəniz Qüvvələrindən isə bildirilib ki, “Vitse-admiral Kulakov” sualtıgəmisi hadisə zamanı Krallığın Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqə qurub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır