

Quldurlar dənizçiləri sərbəst buraxıblar
Qərbi Afrika sahillərində Qvineya körfəzinin sularında balıq tutarkən quldurlar tərəfindən qaçırılan dənizçilər avqustun 1-də sərbəst buraxılıb.
“Seanews.az” xəbər verir ki, Cənubi Koreya vətəndaşı olan dörd dənizçi iki ay əsir qalıb.
Dənizçilər hazırda təhlükəsiz yerdədirlər və səhhətlərində heç bir problem yoxdur.
Mayın 20-də Qvineya körfəzi sularında quldurlar tərəfindən naməlum istiqamətə aparılan digər Cənubi Koreyalı dənizçi isə qaçırıldıqdan 41 gün sonra - iyunun 29-da sərbəst buraxılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır