

Dənizçi hündürlükdən yıxılıb və ağır yaralanıb
Bu gün İsrailin Aşdod limanında dayanan xarici gəmidə bədbəxt hadisə baş verib.
“Seanews.az” xəbər verir ki, gəminin göyərtəsindəki Ukrayna vətəndaşı olan heyət üzvü böyük bir hündürlükdən yıxılıb və ağır yaralanıb.
Dərhal hadisə yerinə gələn təcili yardım qrupu dənizçini Tel a Şomer şəhərindəki “Şiba” Tibb Mərkəzinə aparıb. Həmin vaxt dənizçi huşsuz olsa da, nəfəs alırmış.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır