Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Aşağı sıxlıqlı polietilendən qayıqlar inşa ediləcək

Rusiyanın Yaroslav vilayətində  qubernatorun yanında ixracat şurasının ilk iclası olub.

"Seanews.az" xəbər verir ki, gəmiqayırma ilə əlaqəli şirkətlərin də iştirak etdiyi iclasda Andrey Şepelyayev baş direktoru olduğu “Dizel Şirkəti” haqqında danışarkən deyib:”Pandemiya dövründə şirkətimizə aşağı təzyiqli polietilendən qayıq istehsalına qərar verilib. Hollandiyadan texnologiya alınıb, ilk qayıq 2021-ci il iyunun 10-da buraxılıb, ikincisi bu ayın axırında hazır olacaq. Bu məhsul böyük ixrac potensialına malikdir. Belə ki, Hollandiya, Türkiyə, Fransa, Avstraliya və Yeni Zelandiyada bənzər qayıqlar istehsal edən şirkətlərin azı növbəti iki il üçün sifarişləri olur.

Layihələrinin 10 il üçün nəzərdə tutulduğunu söyləyən baş direktor dövlətin xüsusilə ilkin mərhələdə ixrac məhsulları istehsalçılarına subsidiyalarla kömək etməsinin çox vacib olduğunu diqqətə çatdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır