Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Fransız şirkəti öz məhsullarını yelkənli gəmilərdə daşıyacaq

Fransanın çanta istehsal edən şirkəti “Longchamp” məhsullarını yelkənli gəmilər vasitəsilə tədarük edəcək.

“Seanews.az” xəbər verir ki, “Longchamp” bununla bağlı artıq “Neoline” gəmiçilik şirkəti ilə müqavilə imzalayıb.

Sənədə əsasən, şirkət Fransa-ABŞ-ın şərq sahili marşrutu üzrə illik həcminin 50% -ə qədərini konteynerlərdə daşıyacaq. İlk daşıma 2024-cü ildən “Neoline” şirkətinin ilk yelkənli gəmisi istismara verildikdən sonra həyata keçiriləcək. 

“Longchamp” məhsullarını ayda iki dəfə iki yelkənli gəmi ilə tədarük edəcək.

Yelkənlərlə təchiz ediləcək gəmilərin uzunluğu 136 metr, yelkənin sahəsi 4,2 min kvadrat metr olacaq.

Bu gəmilərdə tullantıların 90% azalacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır