

Meksikada qayıq batıb
Meksikanın şərqində yerləşən Yukatan ştatında qayıq batıb.
"Seanews.az" xəbər verir ki, qəzaya güclü fırtına səbəb olub.
Ştatın Acanceh qəsəbəsindəki limandan hərəkət edən qayığın göyərtəsində 13 turist olub. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 10 nəfər balıqçıların köməyi ilə xilas edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır