Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Kraliça Yelizaveta” gəmisində koronavirusa yüzdən çox yoluxma halı qeydə alınıb

İlk uzun səfəri zamanı Böyük Britaniyanın Kral Hərbi Dəniz Donanmasının flaqmanı “Queen Elizabeth” (“Kraliça Yelizaveta”) təyyarədaşıyan  gəmisində koronavirusa yoluxma  qeydə alınıb.

“Seanews.az”ın “BBC News”-a istinadən verdiyi məlumata görə, heyət üzvləri arasında “COVID-19”-a yoluxanların sayı 100-ü keçir.

Hazırda təyyarədaşıyan və onu müşayiət edən gəmilər Hind Okeanı sularındadır. Digər gəmilərdə də koronavirus xəstələri qeydə alınıb.

Zərbə qrupuna ingilis “Defender” və “Diamond” esminesləri, “Kent” və “Riçmond” freqatları, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Sallivans” esminesi və Hollandiyanın “Evertsen” freqatı daxildir. Qrupu ayrıca Kral Donanmasının “Tomaqavk” qanadlı raketləri ilə təchiz edilmiş çoxməqsədli “Astyut” nüvə mühərrikli sualtı qayığı və iki “Fort Viktoriya” və Taydsprinq” tədarük gəmisi də müşayiət edir.

“Kraliça Yelizaveta” təyyarədaşıyan gəmisində səkkiz ingilis beşinci nəsil F-35B qırıcıları və eyni tipli on Amerika təyyarəsi  yerləşdirilib.

İngiltərənin müdafiə naziri Ben Уоллес bildirib ki, bütün heyət üzvlərinə iki dəfə peyvənd vurulduğu üçün  təyyarədaşıyanda “COVID-19”-la bağlı vəziyyət nəzarət altındadır.  Maska taxmaq, sosial məsafəni gözləmək isə məcburidir.

Başqa sözlə, koronavirusla bağlı vəziyyətə görə təyyarədaşıyan və onu müşayiət edən gəmilərin planlaşdırılmış fəaliyyətində heç bir dəyişikliyə yol verilməyəcək. Nəzərdə tutulan əməliyyat tapşırıqlarının yerinə yetirilməsi davam etdiriləcək.

İngilis flaqmanı Portsmutdakı hərbi dəniz bazasını mayın 22-də tərk edib. Qət edəcəyi məsafə Hindistan, Yaponiya, Cənubi Koreya və Sinqapurda dayanacaqlarla 26 min dəniz milindən (48,1 min km) az olmayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır