Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Mərakeş donanması 340-dan çox miqrantı batmaqdan xilas edib

Aralıq dənizi və Atlantik sahillərində xidmət edən Mərakeş Kral Donanmasının sahil mühafizə bölmələri son bir neçə gün ərzində əksər Afrika səhrası ölkələrindən olan 344 qanunsuz miqrantı xilas edib.

APA xəbər verir ki, bu barədə “Maghreb Arabe Presse” xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

“Aralıq dənizi və Atlantikdə fəaliyyət göstərən sahil mühafizə bölmələri 2021-ci il 10-14 iyul tarixləri arasında əsasən Afrika səhrası ölkələrindən olan, qayıqlarında göyərtəsində ölümlə üz-üzə qalan, aralarında qadınlar və uşaqların da olduğu ümumilikdə 344 miqrantı xilas edib”, - məlumatda belə deyilir.

Xilas edilənlər ilkin tibbi yardımdan sonra ən yaxın Mərakeş limanlarına aparılıb və kral jandarmasının əməkdaşlarına təhvil veriliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır