

Motorlu qayıq yaxtaya çırpılıb
Rusiyanın Volqoqrad vilayətinin Suxona çayında “Kazanka -5M2” motorlu qayığı “Marada 2100” sürətli yaxtaya çırpılıb.
“Seanews.az” xəbər verir ki, hadisə zamanı motorlu qayıqda 2, yaxtada 3-ü uşaq olmaqla 6 sərnişin olub.
Qəza nəticəsində 3 nəfər - “Kazanka -5M2” qayığındakı 2 sərnişin, sürətli yaxtada isə bir azyaşlı ciddi zədə alaraq xəstəxanaya yerləşdirilib.
Motorlu qayığın 1972-ci il təvəllüdlü sürücüsü itkin düşüb.
İlkin ehtimala görə, motorlu qayığın sürücüsü sərxoş olduğundan idarəetmənin öhdəsindən gələ bilməyib və sürətlə yaxtaya çırpılıb.
Hazırda hadisə ilə bağlı tədqiqat aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır