Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Kruiz gəmilərinin Venesiyaya girişi qadağan olunub

İtaliyada nəhəng kruiz gəmilərinin Venesiyaya girişinə qadağa qoyulub.

“Seanews.az” xəbər verir ki, bununla bağlı fərmanı şənbə günü İtalya Nazirlər Şurası təsdiqləyib.

Fərmana əsasən, 1 avqustdan nəhəng kruiz gəmiləri şəhərə yaxın əraziyə daxil ola bilməyəcək. 25 min tondan çox və 180 metrdən uzun gəmilər Magheraya yan alacaq.

Baş nazir Mario Draghi qərarı "Venesiyanın qorunması üçün əhəmiyyətli bir addım" olaraq xarakterizə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır