Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Süveyş kanalı ötən maliyyə ilini uğurla başa vurub

Mart ayında fəaliyyəti bir həftə ərzində iflic olan Süveyş kanalı ötən maliyyə ilini uğurla başa vurub.

TASS xəbər verir ki, Aralıq və Qırmızı dənizi birləşdirən su yolu il ərzində 5.84 milyard dollar qazanaraq rekorda imza atıb.

Təkcə bu ilin ilk altı ayı ərində 9763 gəmi kanaldan keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 217 gəmi çoxdur.

Ekspertlərin fikrincə, gəlirlərin rekord səviyyədə artmasında kanal rəhbərliyinin qiymət siyasəti, güzəştli tariflər böyük rol oynayıb.

Qeyd edək ki, martın 23-29-da 400 metrlik “Ever Given” konteyner gəmisinin kanalda saya oturaraq yolu bağlaması nəticəsində 422 gəmidən ibarət tıxac yaranıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır