• Bakı, 2021-07-24,
Seanews
Heyder Eliyev

Panama kanalından böyük gəmilər də keçə biləcək

Panama Kanal İdarəsi “Neopanamax” şlüzlərindən keçən gəmilər üçün icazə verilən maksimum uzunluğun artırıldığını elan edib.

“Seanews.az” xəbər verir ki, şlüzlərdən keçid üçün müəyyən edilmiş uzunluğun həddi 366 metrdən 370.3 metrə qədər artırılıb.

Qaydalara görə, yeni şlüzlərdən keçərkən uzunluğu 367,28 metrdən çox olan gəmilərin burnundakı valların da çalışması tələb olunur. Əks halda, buradan keçid zamanı yedək gəmilərinin köməyinə ehtiyac yarana bilər. 

Bununla belə, uzunluğu 367,28 metrdən çox olan gəmilər üçün Qatun gölündən şimal istiqamətinə “Agua Clara” şlüzünə yaxınlaşdıqda yedək gəmisinin iştirakı məcburidir.

Uzunluğu 426 metr olan “Neopanamax” şlüzlərindən keçən gəmilər üçün suya maksimum oturma həddi də artırılaraq 15.24 metr olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır