Gəmidə yanğın baş verib - VİDEO
Filippində (Manila) “Titan 8” adlı gəmidə yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürmə briqadası alovun qarşısını ala bilməyib. Qısa zamanda üzən vasitə çevrilərək batıb.
Məlumata görə, yanğın nəticəsində heyətin 4 nəfər üzvü xəsarət alıb. Daha 2 nəfər isə itkin düşüb.
Hadisə nəticəsində yaxınlıqdakı quru yük gəmisinin 2 heyət üzvü də xəsarət alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır