Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Filippində gəmidə partlayış olub, xəsarət alanlar var

Filippinin paytaxtı Maniladakı bir limanda yük gəmisində baş verən güclü partlayışlar və yanğın nəticəsində azı 6 nəfər xəsarət alıb, 2 nəfər də itkin düşüb.

“Report” AP-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında yanacaq daşıyan kiçik “MV Titan8” gəmisinə yanacaq vurulduğu vaxt baş verib.

Hadisə nəticəsində yanacaq çənləri Pasiq çayına tökülərək sahili boyu onlarla gecəqondu evdə də yanğına səbəb olub.

Hadisə yerinə gələn sahil mühafizəsi su şırnaqları vasitəsilə yanğını söndürüblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır