Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

“Maersk” şirkətinə məxsus konteyner gəmisi saya oturub

“Maersk Emerald” adlı konteyner gəmisi Süveyş kanalında saya oturub.

“Seanews.az” xəbər verir ki, hadisə gəmi kanaldan cənub istiqamətinə keçid edərkən mühərrikdə yaranmış nasazlıq səbəbindən baş verib.

“Maersk Emerald” 4 yedək gəmisinin köməkliyi ilə təmirə aparılıb.  

Məlumata görə, nasazlıq aradan qaldırılıb. Hazırda gəmi lövbər dayancağında texniki baxışdan keçirilir.

Qəza zamanı kanalda gəmilərin hərəkətinə əngəl törədilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır