Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Çində çayın üstündə su körpüsü inşa edilib - VİDEO

Mayın 1-də Piha çayının üzərində inşa edilmiş su körpüsünün (akveduk) su ilə doldurulma mərhələsi uğurla başa çatıb və körpü rəsmi olaraq istismara verilib.

“Seanews.az” xəbər verir ki, yeni körpünün inşası, suyun Yantze çayından Huayhe çayına yönəldilməsi üçün təşkil edilmiş nəhəng layihənin əsas tərkib hissəsidir.

Körpünün ümumi uzunluğu 350 metrdir ki bunun 246 metri ümumi çəkisi 21 min ton olan polad konstruksiyalardan inşa edilib. Magistralın üzərindəki su yolunun uzunluğu 110 metrdir.

"Çay üzərindəki çay" adlanan layihə, Hefey və Luan şəhərlərində təxminən 13 milyon insanı su ilə təmin etməklə yanaşı, ikitərəfli gəmiçilik kanalı olaraq da fəaliyyət göstərəcək.

Layihə başa çatdıqdan sonra Yantzedən Huayhe çayına 723 km məsafədən yönəldilən su kanal boyunca 15 şəhəri təmin etmək üçün istifadə olunacaq.

Layihənin 2022-ci ilə qədər başa çatdırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır