Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Özbəkistan Aral dənizinin quruyan hissələrində yaşıllaşdırmanı və kənd təsərrüfatını inkişaf etdirəcək

Özbəkistan Aral dənizinin quruyan hissələrində meşə zolağı yaratmağı, yaşıllaşdırmanı və kənd təsərrüfatını, həmçinin ekoloji müxtəlifliyi inkişaf etdirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə akademik Zinoviy Noviski məlumat verib.

O deyib ki, Aral fəlakətini aradan qaldırmaq üçün başqa yol qalmır. Biz bir neçə il əvvəl dənizin səhraya çevrilən ərazilərində meşə zolağı salmağa və yaşıllaşdırma işlərinə başlamışıq. Özbəkistan Qazaxıstan tərəfə də belə təklif verib. Belə ki, Aral hər iki ölkənin ərazisinə düşür. Özbəkistan ərazisində dənizin ancaq qərb hissəsi qalıb, qalan yerlər səhraya çevrilib. Hər il Aralın sahili 60 santimetr geri çəkilir. Ekoloji fəlakət ucbatından dənizin flora və faunası tam yox olmaq təhlükəsi ilə üzləşib.

Akademik bildirib ki, ekoloji fəlakət regionda yaşayan insanların orqanizminə zərbə vurur, əhali arasında xərçəng və vərəm xəstəlikləri geniş yayılıb.

Xatırladaq ki, Aral 1960-cı ildə sahəsinə görə dünyada dördüncü göl sayılıb. Son 40 ildə onun sahəsi 2-3 dəfə kiçilib, suyun səviyyəsi 18 metr aşağı düşüb. Suyun duzluluğu artdığına görə balıq ehtiyatları tamamilə tükənib. Güclü külək qumu sovuraraq uzaq yaşayış məntəqələrinə qədər aparıb və beləcə ekoloji fəlakət zonası yaranıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır