

Baykal gölündə iki yük maşını batıb
Baykal gölündə ZİL-131 markalı iki yük maşını batıb.
"Seanews.az" xəbər verir ki, hadisə İrkutsk vilayətinin Listvyanka qəsəbəsi yaxınlığında baş verib.
Avtomobillər gölün donmuş səthi ilə hərəkət edərkən, buzun qırılması nəticəsində suya düşüb. Onlardan biri tamamilə, digəri qismən suya batıb.
Hər iki insident nəticəsində xəsarət alan olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır