• Bakı, 2021-04-16,
Seanews
Heyder Eliyev

Litvanın Klaypeda limanının genişləndirilməsi təxirə salınıb

Litvanın Klaypeda limanının ümumi planına daxil olan xarici dərin su limanı layihəsi ən azı hələ on il genişləndirilməyəcək.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə ümumi ərazi planı üzrə qərarların müəyyənləşdirilməsi barədə razılığa gələn ölkənin ətraf mühit və nəqliyyat nazirləri məlumat veriblər.

Litvanın ətraf mühit naziri Simonas Gentvilas xarici limanın inşasında təbiət mühafizə xərclərinin çox yüksək ola biləcəyini mətbuata açıqlamasında deyib: “Xarici dəniz limanını ilə bağlı məsələni cavabsız qoya bilmərik, ona görə də bu müzakirəni uzun müddətə bağlayırıq. Gəlin indi limanın cənub hissəsindəki inkişaf barədə düşünək”.

Litvanın nəqliyyat naziri Maryus Skuodis ilk növbədə Klaypeda limanının mövcud potensialından istifadə edilməli olduğunu, xarici liman məsələsinə yalnız gələcəkdə qayıda biləcəyini söyləyib.

Qeyd edilib ki, Klaypeda limanının ümumi planı iki il əvvəl təsdiqlənib, əvvəlki hesablamalarda xarici liman layihəsinin təxminən 800 milyon avroya başa gələcəyi göstərilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır