Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Gəmilərin toqquşmasından sonra 17 dənizçi itkin düşüb

 

Yava dənizində HABCO PİONEER yük gəmisi ilə BAROKAH JAYA adlı  yerli balıqçı gəmisi toqquşub.

Qəza Qərbi Yavada, paytaxt Cakartadan şimal-şərq istiqamətində İndramayu Ricensiuoters rayonu yaxınlığında baş verib.

Nəticədə balığçı gəmisi batıb. Gəminin 32 heyət üzvündən 15 nəfəri xilas etmək mümkün olub. Qalan 17 nəfərin taleyindən hələ ki, xəbər yoxdur.

Hadisə yerində xilasetmə-qəza işləri davam edir.

HABCO PİONEER hadisə haqqında Gəmilərin hərəkət Mərkəzinə (Cirebon) məlumat verdikdən sonra orada qalaraq xilasetmə işlərində iştirak edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır